Yazını böyüt
Yazını kiçilt
Şəmkirçay su anbarında batan Tofiq Hüseynovun meyiti tapılıb.
Hafta.az bildirir ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Şəmkirçay su anbarında batan gəncin şəxsiyyəti müəyyənləşib.
Hafta.az xəbər verir ki, batan gənc 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğludur.
Hazırda onun axtarışları davam edir.
***
Şəmkirçay su anbarında batan şəxs axtarılır.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.